logo

ATƏT PA-nın sədri Zəngilana səfər edib

14:14 23-05-2023 | icon 1624
ATƏT PA-nın sədri Zəngilana səfər edib

Milli Məclisin və ATƏT Parlament Assambleyasının (PA) birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda beynəlxalq konfransın iştirakçıları mayın 23-də Zəngilan rayonuna səfər ediblər.

YeniAvropa xəbər verir ki, səfər iştirakçıları arasında ATƏT Parlament Assambleyasının sədri xanım Marqareta Sederfelt də yer alıb.

Qonaqlar işğal dövründə ermənilər tərəfindən törədilmiş dağıntıları və vandalizm aktlarının izlərini öz gözləri ilə görəcək, Zəngilan şəhərində həyata keçirilən yenidənqurma işləri, həmçinin "Ağıllı kənd” Konsepsiyası əsasında yenidən salınan Ağalı kəndi, dəmir yolu infrastrukturu və "Azərişıq” ASC-nin “yaşıl enerji” obyektləri ilə tanış olacaqlar.