logo

İlham Əliyevin Litvaya rəsmi səfəri başa çatıb

20:20 22-05-2023 | icon 1099
İlham Əliyevin Litvaya rəsmi səfəri başa çatıb

Azərbaycan prezidenti İlham Əliyevin Litva Respublikasına rəsmi səfəri mayın 22-də başa çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Vilnüs Beynəlxalq Aeroportunda Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola salıblar.