logo

Gürcüstanda yaşayan soydaşımız ikiqat Avropa çempionu olub

19:49 22-05-2023 | icon 2646
Gürcüstanda yaşayan soydaşımız ikiqat Avropa çempionu olub

Finlandiyanın Laukaa şəhərində qol güləşi üzrə Avropa çempionatı keçirilib.

YeniAvropa xəbər verir ki, çempionatda Gürcüstanda yaşayan soydaşımız, Bolnisi rayonunun Zolgüvəc (Dzvel Kveşi) kəndindən olan 20 yaşlı Hüseyn Əliyev uğurla çıxış edərək ikiqat Avropa çempionu olub.

Üç yüz idmançının iştirak etdiyi çempionatda H.Əliyev U-21 yaş kateqoriyasında mübarizə aparıb. Soydaşımız sağ və sol qol üzrə bütün rəqiblərini məğlub edərək iki qızıl medala yiyələnib.

Gürcüstanın Birləşmiş Milli Atletika və Paraatletika Federasiyası tərəfindən yarışda 13 idmançı iştirak edib. H.Əliyev öz yaş və çəki dərəcəsi üzrə yeganə qızıl medal qazanan idmançı olub.

Qeyd edək ki, soydaşımız ölkədə bir sıra yarışların qalibi olub, diplom və medallar qazanıb.