logo

İlham Əliyev Litvaya rəsmi səfərə gedib

19:20 21-05-2023 | icon 756
İlham Əliyev Litvaya rəsmi səfərə gedib

Prezident İlham Əliyev mayın 21-də Litva Respublikasına rəsmi səfərə gəlib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Vilnüs Beynəlxalq Aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Litvanın ətraf mühit naziri Simonas Gentvilas və digər rəsmi şəxslər qarşılayıblar.