logo

Moskvadan Tbilisiyə ilk birbaşa reys həyata keçirilib

11:55 19-05-2023 | icon 3157
Moskvadan Tbilisiyə ilk birbaşa reys həyata keçirilib

Moskvanın “Vnukovo” hava limanından Tbilisiyə 2019-cu ildən sonra ilk birbaşa reys həyata keçirilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, uçuşu Rusiyanın “Azimut” aviaşirkəti yerinə yetirib.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bir neçə gün əvvəl Gürcüstan ilə aviasiya əlaqəsinin bərpası və viza rejiminin ləğvi barədə fərman imzalayıb. “Azimut” şirkəti mayın 16-da Moskva-Tbilisi-Moskva marşrutu üzrə uçuşlara icazə alıb.

İlk aviareysin sərnişinləri arasında Gürcüstanın “Sülh naminə həmrəylik” ictimai təşkilatının sədri Merab Çikaşvilinin rəhbərliyi ilə nümayəndə heyəti də olub. O, jurnalistlərə bildirib ki, Rusiyada 8 minə yaxın gürcü yaşayır. Birbaşa reyslər onların vətənə gediş-gəlişini asanlaşdıracaq.

Gürcüstanın “Georgian Airways” şirkəti isə mayın 20-dən başlayaraq Tbilisi-Moskva marşrutu üzrə birbaşa uçuşlar yerinə yetirəcək.