logo

Azərbaycanda daha 13 nəfər koronavirusa yoluxub,1 nəfər ölüb

18:18 18-05-2023 | icon 8435
Azərbaycanda daha 13 nəfər koronavirusa yoluxub,1 nəfər ölüb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 13 yoluxma faktı qeydə alınıb, 16nəfər müalicə olunaraq sağalıb, testinin nəticəsi pozitiv çıxmış 1 nəfər vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, indiyədək ölkədə ümumilikdə 831 min 706 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 351 nəfər müalicə olunaraq sağalıb, 10 min 270 nəfər vəfat edib. Aktiv xəstə sayı 89 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1015, bu günə qədər isə ümumilikdə 7 milyon 608 min 942 test icra olunub.