logo

Bu gün UEFA Konfrans Liqasında finalçılar müəyyənləşəcək

13:33 18-05-2023 | icon 2891
Bu gün UEFA Konfrans Liqasında finalçılar müəyyənləşəcək

Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

 YeniAvropa xəbər verir ki,bununla da turnirin finalçıları müəyyənləşəcək.

İlk matçda İtaliyada "Fiorentina"ya 2:1 hesabı ilə qalib gələn "Bazel" İsveçrədəki görüşdə ən azı hazırkı üstünlüyünü qorumağa çalışacaq. “Sankt-Yakob Park” stadionunda oynanılacaq qarşılaşmanı ispaniyalı referi Xose Mariya Sançes idarə edəcək.

Yarımfinalın digər oyununda isə İngiltərənin “Vest Hem” klubu Niderlandda "AZ Alkmaar"la münasibətlərinə aydınlıq gətirəcək. AZ stadionundakı matçın baş hakimi slovakiyalı İvan Krujlyak olacaq. Komandalar arasında ilk oyunda London klubu 2:1 hesablı qələbə qazanıb.

Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, turnirin final görüşü iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək.