“Azercell”in prezidenti rəqəmsal davamlılığın təmin edilməsində mobil operatorların mühüm rolundan danışıb
"GSMA M360 EURASIA 2023" beynəlxalq konfransının baş sponsoru olan “Azercell” mobil telekommunikasiya sahəsinin qlobal liderlərini Bakıda qonaq edir.
Beynəlxalq GSM Assosiasiyası (GSMA) ölkəmizin paytaxtında “M360” adlı silsilə tədbirlərinə start verib. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə mayın 16-17-də keçirilən beynəlxalq konfrans region üzrə tənzimləyici qurumların nümayəndələrini, ekspertlərini, aparıcı mobil operatorların və rəqəmsal korporasiyaların rəhbərlərini Bakıda bir araya gətirib.
Tədbirin açılışı Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin, "Azercell Telekom" MMC-nin prezidenti Zərinə Zeynalovanın, GSMA-nın baş direktoru Mats Qranridin və digər yüksək vəzifəli şəxslərin iştirakı ilə baş tutub. Konfransın "Gələcək inkişaf üçün rəqəmsal davamlılıq" adlı birinci sessiyasında məruzəçilər müasir texnologiyaların cəmiyyətə təsiri və innovasiyaların davamlı inkişafda əhəmiyyətindən danışıblar.
"Azercell Telekom" MMC-nin prezidenti Zərinə Zeynalova çıxışında rəqəmsal davamlılığın təmin edilməsində mobil operatorların mühüm rolunu vurğulayıb: “Ölkənin ən böyük telekommunikasiya şirkəti olaraq “Azercell” rəqəmsal ekosistemin aparıcı qüvvələrindən biridir və sürətli texnoloji inkişafın həm gələcək perspektivlərinə, həm də onun özü ilə gətirdiyi çağırışlarına dair dərin bilgiyə və strateji baxışa malikdir”.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı və “Azercell” şirkətinin baş sponsorluğu ilə təşkil edilən "GSMA M360 EURASIA 2023" beynəlxalq konfransı yeni nəsil şəbəkələr, rəqəmsallaşma, süni intellekt (Sİ) və rəqəmsal inklüzivliyin artan əhəmiyyəti kimi gündəmdə olan mövzuları əhatə edir.
Tədbir çərçivəsində telekommunikasiya sahəsinin tanınmış qlobal və regional ekspertləri mobil bağlantı sahəsinin gələcək inkişafını və cəmiyyətə dəyər qatması üçün doğru sərmayə yatırımını, eləcə də bu kritik infrastrukturun qorunmasının yollarını müzakirə edəcəklər.
“Azercell Telekom”un Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirmədən keçib
Ərdoğan Türkiyə parlamentidə andiçmə mərasimində iştirak edir
Moskvada Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun iclası keçirilir
Sabah Bakıda 31° isti olacaq,bölgələrdə şimşək çaxacaq,dolu düşəcək
“Neftçi” 11-ci dəfə Azərbaycan kubokunun finalında oynayacaq
Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb
Paytaxtdakı Alı Mustafayev küçəsi təmirə bağlanır
Milli Məclis dövlət büdcəsinə nədən yenidən baxır?-Nazirin açıqlaması
İranda həbs edilən Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür-XİN
İyulun 19-da Məhərrəm ayı başlayır
Bu gün Türkiyə parlamenti yeni tərkibdə fəaliyyətə başlayır
Azərbaycan Avropa Paralimpiya Oyunlarında 45 idmançı ilə təmsil olunacaq
Azərbaycanda pul bazası 17 milyard manatı ötür
İstanbulda Türkiyə-Azərbaycan yoldaşlıq görüşü keçiriləcək
Fransa prezidentinin bəyanatı bölgədə sülhə müsbət töhfə vermir-XİN
Dövlət Komitəsi Dünya Bankı ilə qrant sazişi imzalayıb
"AÇG"dən 573 milyon ton neft, 208 milyard m3 qaz hasil edilib
İlham Əliyev İtaliya prezidentini təbrik edib
Co Bayden ayağı büdrəyərək yıxılıb
Ərdoğan iyunun 3-də and içəcək
“Uşaq hüquqlarının qorunması həftəsi” yekunlaşıb
Salyanda ölülərin qızıl dişlərini oğurlayan şəxslər saxlanılıb
Bakıda Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu keçirilir
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Bakıda buz meydançası istifadəyə verilib