logo

Şüvəlanda 42 yaşlı qadın itkin düşüb

13:56 16-05-2023 | icon 1078
Şüvəlanda 42 yaşlı qadın itkin düşüb

Xəzər rayonunun Şüvəlan qəsəbəsində yaşayan 42 yaşlı Ruqiyyə Rzayeva ötən ilin iyununda yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Onun əlamətləri belədir: Boyu təxminən 156 santimetr, arıq bədən quruluşlu, qarabəniz, qara buruq saçlı, gözlərinin rəngi qəhvəyidir. Sol əl-qol nahiyəsində böyük yanıq, hər iki ayağında isə kiçik ölçülü kəsik izləri var. Şəkildəki qadını görənlərdən və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə, həmçinin (012) 454-22-22 şəhər və (050) 221-16-56; (055) 252-22-22 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur", – deyə məlumatda qeyd olunur.