logo

Ceyhun Bayramov İslandiyaya işgüzar səfərə gedib

12:32 16-05-2023 | icon 1204
Ceyhun Bayramov İslandiyaya işgüzar səfərə gedib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun İslandiya Respublikasına işgüzar səfəri başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.

Qeyd edilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun İslandiyanın paytaxtı Reykyavik şəhərində keçiriləcək Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşündə iştirakı, habelə Zirvə Görüşündə iştirak edəcək digər dövlət rəsmiləri ilə ikitərəfli görüşləri nəzərdə tutulub.