logo

Rusiya Ukrayna ərazisinə “Kinjal” və “İskəndər” raketləri atıb

11:33 16-05-2023 | icon 2177
Rusiya Ukrayna ərazisinə “Kinjal” və “İskəndər” raketləri atıb

Rusiya qoşunları bu gecə Ukraynaya müxtəlif tipli 18 raketlə hücum edib, onların arasında “Kinjal” tipli raketlər də olub.

YeniAvropa xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı "Telegram" səhifəsində yazıb.

Mayın 16-da saat 03:30 radələrində rus işğalçıları hava, dəniz və quru tipli 18 müxtəlif raketlə şimal, cənub və şərq istiqamətlərindən Ukraynaya hücum ediblər.

MiQ-31K təyyarəsindən 6 “Kh-47M2” “Kinjal” aeroballistik raketi, Qara dənizdəki gəmilərdən 9 “Kalibr” qanadlı raketi və 3 ədəd İskəndər-M raketi atılıb.

Həmin raketlərin hamısı Ukrayna Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.

Bundan əlavə, mayın 16-na keçən gecə düşmən “Şahed-136/131” zərbə pilotsuz təyyarələri ilə hücuma keçib, üç operativ-taktiki pilotsuz uçan aparatla – “Orlan-10” və “SuperKam”la hava kəşfiyyatı aparılıb.