logo

UEFA Çempionlar Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək

10:30 16-05-2023 | icon 2352
UEFA Çempionlar Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək.

YeniAvropa xəbər verir ki, turnirin ilk finalçısı İtaliyada keçiriləcək Milan derbisində bəlli olacaq. Birinci oyunda "İnter"ə 0:2 hesabı ilə uduzan "Milan" məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

“Cüzeppe Meatsa” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü fransalı FIFA referisi Kleman Türpen idarə edəcək.

Qeyd edək ki, yarımfinalın digər oyununda İspaniyanın “Real Madrid” komandası İngiltərədə “Mançester Siti”nin qonağı olacaq. “