Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının iclası keçirilib
Mayın 15-də Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və Belarus Respublikası Baş nazirinin müavini İqor Petrişenkonun sədrliyi ilə iqtisadi-ticarət sahəsi üzrə Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 13-cü iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, iclasda iki ölkənin prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenko arasında fəal siyasi dialoqun Azərbaycan-Belarus əməkdaşlığının bütün spektri üzrə yüksək dinamikanı təmin etdiyi qeyd olunub.
İki ölkə arasında mövcud ticarət dövriyyəsinin ölkələrimizin iqtisadi potensialını tam əks etdirmədiyi və effektiv yolların tapılması ilə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilə biləcəyinə inam ifadə olunub.
Hökumətlərarası Komissiyanın Azərbaycanda əlverişli investisiya mühitinin formalaşdırıldığı haqda yekdil fikirdə olduğu vurğulanıb.
Belarus iş adamlarının ölkəmizdə 80 şirkət qeydiyyatdan keçirdikləri və davamlı olaraq Belarus şirkətlərinin diler şəbəkələrinin genişlənməsi haqda faktlar elan edilib.
Eyni zamanda, Azərbaycan şirkətlərinin Belarus iqtisadiyyatının inkişafına öz töhfələrini verdiyi qeyd edilib. Belarus investorları Ələt Azad İqtisadi Zonasına dəvət olunub.
Azərbaycanın Belarusla aqrar-sənaye sektorunda əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğu diqqətə çatdırılıb.
Baş nazirin müavini Əli Əhmədov ölkəmizin Belarus istehsalı məhsulların Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə Türkiyəyə daşınması imkanlarını nəzərdən keçirməyə hazır olduğunu deyib.
Kimya sənayesi, bərpa edilən enerji, nəqliyyat-logistika, mədəni-humanitar, elm-təhsil, səhiyyə, əczaçılıq sahəsində əməkdaşlığın dərinləşdirilməsinin perspektivləri müzakirə olunub.
Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov Ümummilli Lider Heydər Əliyev 100 illik yubiley tədbirlərinin Belarusda keçirilməsinə göstərdikləri dəstəyə görə Belarus Respublikası Baş nazirinin müavininə təşəkkürünü bildirib.
İqor Petrişenko ona və rəhbərlik etdiyi nümayəndə heyətinə göstərilən yüksək diqqətə görə Azərbaycan tərəfinə təşəkkür edib. Belarus hökumətinin Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini və əlaqələrin dərinləşdirilməsi üçün lazımi tədbirlərin görülməsinə hazır olduqlarını vurğulayıb.
Komissiyanın üzvləri Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Belarusun sənaye nazirinin müavini Aleksandr Yefimov, kənd təsərrüfatı nazirinin müavini İvan Smilqin, Standartlaşma üzrə Komitənin birinci müavini Yelena Morqunova, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini Balarəhim Quliyev və Belarusun ölkəmizdəki səfiri Andrey Rovkov ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin dərinləşdirilməsi və imkanların dəyərləndirilməsi istiqamətində məruzələrlə çıxış ediblər.
Hökumətlərarası Komissiyanın növbəti iclasının Belarusda keçirilməsi haqda qərar qəbul olunub.
İclasın sonunda Belarusun İdman və Turizm Nazirliyi ilə Azərbaycanın Gənclər və İdman Nazirliyi arasında 2023-2025-ci illərdə bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığa dair proqram imzalanıb.
“Azercell Telekom”un Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirmədən keçib
Ərdoğan Türkiyə parlamentidə andiçmə mərasimində iştirak edir
Moskvada Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun iclası keçirilir
Sabah Bakıda 31° isti olacaq,bölgələrdə şimşək çaxacaq,dolu düşəcək
“Neftçi” 11-ci dəfə Azərbaycan kubokunun finalında oynayacaq
Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb
Paytaxtdakı Alı Mustafayev küçəsi təmirə bağlanır
Milli Məclis dövlət büdcəsinə nədən yenidən baxır?-Nazirin açıqlaması
İranda həbs edilən Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür-XİN
İyulun 19-da Məhərrəm ayı başlayır
Bu gün Türkiyə parlamenti yeni tərkibdə fəaliyyətə başlayır
Azərbaycan Avropa Paralimpiya Oyunlarında 45 idmançı ilə təmsil olunacaq
Azərbaycanda pul bazası 17 milyard manatı ötür
İstanbulda Türkiyə-Azərbaycan yoldaşlıq görüşü keçiriləcək
Fransa prezidentinin bəyanatı bölgədə sülhə müsbət töhfə vermir-XİN
Dövlət Komitəsi Dünya Bankı ilə qrant sazişi imzalayıb
"AÇG"dən 573 milyon ton neft, 208 milyard m3 qaz hasil edilib
İlham Əliyev İtaliya prezidentini təbrik edib
Co Bayden ayağı büdrəyərək yıxılıb
Ərdoğan iyunun 3-də and içəcək
“Uşaq hüquqlarının qorunması həftəsi” yekunlaşıb
Salyanda ölülərin qızıl dişlərini oğurlayan şəxslər saxlanılıb
Bakıda Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu keçirilir
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Bakıda buz meydançası istifadəyə verilib