logo

Brüsseldə İlham Əliyevin Şarl Mişel ilə görüşü olub

13:38 14-05-2023 | icon 1281
Brüsseldə İlham Əliyevin Şarl Mişel ilə görüşü olub

Brüsseldə işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin mayın 14-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşü olub.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

 Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

Görüşdə dövlət başçısı Brüsselə səfərə dəvətə görə Avropa İttifaqı Şurasının prezidentinə təşəkkürünü bildirib.

Hər iki tərəf Azərbaycan və Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin Brüssel formatının bərpası ilə bağlı məmnunluqlarını ifadə etdilər. Prezident İlham Əliyev Şarl Mişelə bu istiqamətdə göstərdiyi səylərə görə minnətdarlığını bildirib.

Söhbət zamanı son aylar ərzində Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı baş verən hadisələr, Vaşinqton danışıqları, Azərbaycan-Ermənistan sərhədində vəziyyət, habelə bu gün Azərbaycan prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçiriləcək üçtərəfli görüşün gündəliyi müzakirə olunub.