logo

Ramil Şeydayev Reynaldonun rekordunu təkrarlayıb

10:30 15-05-2023 | icon 1876
Ramil Şeydayev Reynaldonun rekordunu təkrarlayıb

“Qarabağ”ın futbolçusu Ramil Şeydayev Azərbaycan Premyer Liqasının 2022-2023-cü il mövsümündə vurduğu qolların sayını 22-yə çatdırıb.

YeniAvropa Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, 27 yaşlı hücumçu bununla da Ağdam klubunun tarixinin rekordunu təkrarlayıb. O, bir mövsümdə vurulan qol sayında Reynaldoya çatıb.

1992-ci ildən keçirilən ölkə çempionatlarında “Qarabağ”ın heyətində bir mövsümdə hamıdan çox – 22 qol vuran braziliyalı legionerin rekordu 9 ildən sonra təkrarlanıb. Reynaldo 31 matça çıxdığı 2013-2014-cü il mövsümündə rəqib qapısına 22 dəfə yol tapıb.

Ramil Şeydayev mövsümün qalan iki turunda mütləq rekorda imza atmaq imkanına malikdir. Ondan iki top az vuran komanda yoldaşı Musa Qurbanlı da bu göstəricini təkrarlaya və ya keçə bilər.