Türkiyədə prezident və parlament seçkilərində səsvermə başlayıb
Türkiyədə prezident və 28-ci çağırış parlament seçkilərinə start verilib. Ankara vaxtı ilə saat 08:00-da başlayan səsvermə saat 17:00-da başa çatacaq.
YeniAvropa xəbər verir ki, Türkiyə ərazisində 191 mindən çox seçki qutusu qoyulub. Məntəqələrdə 60 milyon 697 min 843 seçici səs verə bilər. Onlardan 5 milyona yaxını ilk dəfə səs verənlərdir.
Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları öz seçimini aprelin 27-dən mayın 9-dək edib. Son məlumata görə, ölkə xaricində qeydə alınan 3,4 milyon seçicinin 1 milyon 817 min nəfəri (53 faiz) səs verib. Gömrük məntəqələrində isə səsvermə bu gün saat 17:00-da başa çatacaq.
Dövlət başçısı postu uğrunda üç namizəd – hazırkı prezident Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.
Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək. Xatırladaq ki, 2018-ci ildə keçirilən öncəki seçkilərdə 52,6 faiz səslə Rəcəb Tayyib Ərdoğan qalib gəlmişdi.
Mayın 14-də, həmçinin Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edir.
Yüksək Seçim Qurumunun (MSK) sədri Ahmet Yenerin sözlərinə görə, ilkin nəticələr həmin gün elan olunacaq. Televiziya və radioların, ümumiyyətlə bütün KİV-in saat 18:00-dək seçki və səsvermənin nəticələri ilə bağlı xəbər, proqnoz və təhlil verməsi qadağandır. Saat 18:00-21:00 arasında yalnız MSK-nın məlumatları yayımlanacaq. Yayımlar saat 21:00-dan sonra sərbəst olacaq.
Türkiyədəki seçkilər bütün dünyada, xüsusən Azərbaycanda böyük maraqla izlənilir.
“Azercell Telekom”un Müştəri Məmnuniyyəti Sistemi beynəlxalq qiymətləndirmədən keçib
Ərdoğan Türkiyə parlamentidə andiçmə mərasimində iştirak edir
Moskvada Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun iclası keçirilir
Sabah Bakıda 31° isti olacaq,bölgələrdə şimşək çaxacaq,dolu düşəcək
“Neftçi” 11-ci dəfə Azərbaycan kubokunun finalında oynayacaq
Baş nazir Əli Əsədov BP-nin nümayəndə heyəti ilə görüşüb
Paytaxtdakı Alı Mustafayev küçəsi təmirə bağlanır
Milli Məclis dövlət büdcəsinə nədən yenidən baxır?-Nazirin açıqlaması
İranda həbs edilən Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür-XİN
İyulun 19-da Məhərrəm ayı başlayır
Bu gün Türkiyə parlamenti yeni tərkibdə fəaliyyətə başlayır
Azərbaycan Avropa Paralimpiya Oyunlarında 45 idmançı ilə təmsil olunacaq
Azərbaycanda pul bazası 17 milyard manatı ötür
İstanbulda Türkiyə-Azərbaycan yoldaşlıq görüşü keçiriləcək
Fransa prezidentinin bəyanatı bölgədə sülhə müsbət töhfə vermir-XİN
Dövlət Komitəsi Dünya Bankı ilə qrant sazişi imzalayıb
"AÇG"dən 573 milyon ton neft, 208 milyard m3 qaz hasil edilib
İlham Əliyev İtaliya prezidentini təbrik edib
Co Bayden ayağı büdrəyərək yıxılıb
Ərdoğan iyunun 3-də and içəcək
“Uşaq hüquqlarının qorunması həftəsi” yekunlaşıb
Salyanda ölülərin qızıl dişlərini oğurlayan şəxslər saxlanılıb
Bakıda Xəzər Beynəlxalq Nəqliyyat və Logistika Forumu keçirilir
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Bakıda buz meydançası istifadəyə verilib