logo

Azərbaycanda daha 10 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

16:13 13-05-2023 | icon 5894
Azərbaycanda daha 10 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 10 yoluxma faktı qeydə alınıb, 28 nəfər müalicə olunaraq sağalıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 831 min 648 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 279 nəfər müalicə olunaraq sağalıb, 10 min 268 nəfər vəfat edib. Aktiv xəstə sayı 101 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1339, bu günə qədər isə ümumilikdə 7 milyon 603 min 622 test icra olunub.