logo

Rusiyada iki helikopter və iki qırıcı təyyarə vurulub

14:41 13-05-2023 | icon 2072
Rusiyada iki helikopter və iki qırıcı təyyarə vurulub

Rusiya mediası Bryansk vilayətində bu gün daha bir “Mi-8” helikopterinin qəzaya uğradığını bildirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, helikopter Bryanskın Uçensk rayonu yaxınlığında Volkustiçi kəndinə düşüb.

“Mash” internet nəşrinin yaydığı xəbərə görə, mayın 13-də Brayansk səmasında iki “Mi-8” helikopteri, “Su-34” və “Su-35” qırıcı təyyarələri qəzaya uğrayıb. İlkin məlumata görə, onlar döyüş əməliyyatından qayıdarkən yerdən vurulub.

Bryansk vilayətində axtarış əməliyyatları aparılır.