logo

Füzulidə narkotacir qadın saxlanılıb

09:48 10-05-2023 | icon 1288
Füzulidə narkotacir qadın saxlanılıb

Füzuli rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini olan Ə.M. saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə şöbəyə gətirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan YeniAvropa-ya bildirilib ki, onun avtomobilində müvafiq axtarış aparılarkən bir bükümdə psixotrop maddə olan metamfetamin götürülüb. Araşdırmalarla həmin şəxsin narkotiki pul qarşılığında Saminə adlı rayon sakinindən aldığı müəyyən edilib. Əməliyyatın davamı olaraq keçirilən tədbirlər nəticəsində Saminə Həsənova da saxlanılaraq şöbəyə gətirilib. Onun əlindəki çantaya baxış zamanı külli miqdarda metamfetamin aşkar edilərək götürülüb.

Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, S.Həsənova barəsində məhkəmənin qərarı ilə həbs, Ə.M. barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.