logo

Ermənistanda "Metsamor"  AES təmirə bağlanıb

16:32 05-05-2023 | icon 2520
Ermənistanda "Metsamor"  AES təmirə bağlanıb

Ermənistanın "Metsamor" atom elektrik stansiyası 75 günlük planlı təmirə bağlanıb.

YeniAvropa xəbər verir ki, mayın 5-də bağlanan AES-in enerji blokunun iyulun 18-ndə işə salınması planlaşdırılır.

Qeyd edək ki, "Metsamor" AES 1980-ci ildə istifadəyə verilib və Ermənistan hökuməti onun on il əvvəl bitmiş istismar müddətini 2036-cı ilədək uzatmaq istəyir. Potensial təhlükə mənbəyi olan bu stansiyanın mövcudluğu təkcə yaxın qonşuları deyil, dünya ölkələrini də narahat edir. Qırx ildən çoxdur ki, fəaliyyət göstərən Ermənistan AES yüksək aktiv seysmik zonada yerləşir və heç bir müdafiə sisteminə malik deyil.

Azərbaycan bununla bağlı narahatlıq və etirazını dəfələrlə bildirib, mövcud təhlükə barədə müvafiq beynəlxalq təşkilatları və dünya ictimaiyyətini xəbərdar edib.