logo

Sabah Bakıda 23° isti olacaq

14:14 05-05-2023 | icon 1393
Sabah Bakıda 23° isti olacaq

Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 770 millimetr civə sütunundan 763 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə havanın arabir yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 21-26° isti, dağlarda gecə 1-6°, gündüz 8-13°, bəzi yerlərdə 16-18° isti olacağı ehtimal edilir.