logo

Bu gün Azərbaycanda 11 mindən çox Türkiyə vətəndaşı səs verir

09:29 05-05-2023 | icon 3206
Bu gün Azərbaycanda 11 mindən çox Türkiyə vətəndaşı səs verir

Prezident və parlament seçkiləri ilə əlaqədar Türkiyənin Azərbaycandakı səfirliyində yaradılmış seçki məntəqəsi bu gün yerli vaxtla saat 9:00-da səsverməyə açılıb.

YeniAvropa xəbər verir ki, səsvermə üçün Bakıda 9, Gəncədə 3, Naxçıvanda isə 3 seçki məntəqəsi fəaliyyət göstərir.

Bakıda yaşayan türkiyəli vətəndaşlar səhər saatlarından etibarən Azərbaycanın Türkiyə səfirliyinə gələrək öz namizədlərinə səs verirlər.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı jurnalistlərə açıqlamasında bu gün Azərbaycanda 11 mindən çox Türkiyə vətəndaşının səs verəcəyini bildirib.

Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Prezidentliyə 4 namizəddən hər hansı biri  secicilərin 50% +1 səsini toplamayacağı təqdirdə seçkilərin ikinci turu mayın 28-də keçiriləcək.