logo

Azərbaycanda vəkillərin sayı 2323-ə çatıb

15:15 04-05-2023 | icon 1337
Azərbaycanda vəkillərin sayı 2323-ə çatıb

Son illərdə Azərbaycanda vəkillərin sayı 3 dəfə artaraq 2323-ə çatıb.

YeniAvropa xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Heydər Əliyev və məhkəmə-hüquq islahatları: Tarix, zaman və nailiyyətlər” konfransında çıxışında deyib.

O, prezidentin  2018-ci il fevralın 22-də imzaladığı  "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamın ölkədə vəkillik institutunun inkişafına yeni təkan verdiyini vurğulayıb. 

Bildirib ki, Sərəncamın icrası məqsədilə vəkilliyə qəbul mütəmadi həyata keçirilir: “Bunun nəticəsində vəkillərin sayı 3 dəfə artaraq 2323-ə çatıb, ödənişsiz hüquqi yardım aksiyalarında 30 mindən çox şəxsə pulsuz hüquqi yardım göstərilib. Həmçinin ölkə üzrə vəkil bürolarının sayı 3 dəfədən çox artaraq 130-u ötüb.

Prezidentin vəkilliyə diqqətinin daha bir təzahürü də 2019-cu il 25 dekabr tarixli sərəncamı ilə “Vəkil günü” peşə bayramının təsis olunub. Sərəncama əsasən hər il  28 dekabr Azərbaycanda “Vəkil günü” peşə bayramı kimi qeyd edilir".