logo

Entoni Blinken bu gün yenə Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşəcək

10:30 04-05-2023 | icon 1134
Entoni Blinken bu gün yenə Azərbaycan və Ermənistan XİN başçıları ilə görüşəcək

ABŞ-ın dövlət katibi Entoni Blinken bu gün Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqlar aparacaq.

YeniAvropa xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.

Görüş ABŞ diplomatiyasının rəhbərinin iş qrafikinə daxil edilib.

Bu görüşün ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların yekun mərhələsi olacağı gözlənilir.

Xatırladaq ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda danışıqlar bir neçə gündür davam edir. Mayın 1-də nazirlər Dövlət katibi ilə ayrı-ayrılıqda görüşüb, daha sonra onun iştirakı ilə üçtərəfli görüş keçiriblər. Mayın 3-də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın vasitəçiliyi ilə xarici işlər nazirləri arasında növbəti görüş keçirilib.