logo

Rəsmi Bakı Serbiyaya başsağlığı verib

16:30 03-05-2023 | icon 882
Rəsmi Bakı Serbiyaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Belqradda məktəblərdən birində baş vermiş atışma nəticəsində 9 nəfərin ölümü ilə əlaqədar Serbiyaya başsağlığı verib.

YeniAvropa xəbər verir ki, bu barədə qurumun "Twitter" hesabında məlumat paylaşılıb.

"Serbiyanın Belqrad şəhərində məktəbdə baş vermiş dəhşətli atışma xəbəri bizi çox kədərləndirdi. Həlak olanların ailələrinə, Serbiya xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. Bütün yaralılara şəfa diləyirik", - deyə paylaşımda bildirilib.

Qeyd edək ki, mayın 3-də Serbiyanın paytaxtı Belqradda məktəblərdən birinə silahlı hücum nəticəsində 9 nəfər öldürülüb.