logo

Bu gün 205 doza vaksin vurulub

15:55 03-05-2023 | icon 4270
Bu gün 205 doza vaksin vurulub

Mayın 3-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 205 doza vaksin vurulub.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 52, ikinci doza vaksinlərin sayı 120, üç və daha çox doza vaksinlərin sayı 30, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 3-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 962 min 17, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 410 min 848, ikinci mərhələ üzrə 4 milyon 882 min 22, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 402 min 979, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 266 min 168-dir.