logo

3 May-Ümumdünya Mətbuat Azadlığı Günüdür

11:11 03-05-2023 | icon 980
3 May-Ümumdünya Mətbuat Azadlığı Günüdür

Hər il mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd olunur.

YeniAvropa xəbər verir ki,dünyada ən qədim informasiya vasitəsi qəzetlər hesab edilir. Qəzet və jurnallar uzun illər ərzində bütün dünyada məlumat mənbəyi kimi istifadə olunub. Hazırda isə qəzet və jurnalları müasir dövrdə mobil telefonlar, televiziyalar və internet əvəz edir. Buna baxmayaraq, insanlar arasında çap mediasına hələ də böyük tələbat var.

XX əsrin son onilliyində dünyada yaranmış siyasi reallıqları nəzərə alan müxtəlif ölkələrin jurnalistləri 1990-cı ilin fevralında Parisdə azad mətbuat prinsiplərinin maneəsiz yayılması və bəşəri bəlalara qarşı birgə mübarizənin zəruriliyini bildiriblər. 1991-ci il mayın 3-də UNESCO bu məramı ifadə etmiş sənədi - Namibiyanın Vinduk şəhərində qəbul olunmuş Bəyannaməni dəstəkləyib və həmin günü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd etmək təklifini Birləşmiş Millətlər Təşkilatına göndərib.

1993-cü il dekabrın 20-də BMT Baş Məclisinin qərarı ilə mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü elan olunub.