logo

Faktiki hava: İsmayıllıda dolu düşüb

17:37 02-05-2023 | icon 910
Faktiki hava: İsmayıllıda dolu düşüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 2-si saat 16:00-a olan məlumatına əsasən, Abşeron yarımadasının bəzi yerlərində, Altıağac, Xaltan, Qusaryasaq, Ləzə, Göygöl, Daşkəsən, Gədəbəy, Şamaxı, İsmayıllı, Qobustanda arabir yağış yağıb.

Xidmətdən YeniAvropa-ya verilən məlumata görə, İsmayıllıda saat 15:00, 16:04 və 16:20-də leysan yağış ilə birlikdə diametri 5 millimetr olan dolu düşüb.