logo

Deputatlar Ankarada QDİƏT PM-in iclasında iştirak edəcəklər

12:12 02-05-2023 | icon 1001
Deputatlar Ankarada QDİƏT PM-in iclasında iştirak edəcəklər

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin rəhbərlik etdiyi nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) 30 illiyinə həsr olunmuş Zirvə toplantısında, təşkilatın plenar sessiyasında, həmçinin Büro və Daimi komitə iclaslarında iştirak etmək üçün mayın 3-də Türkiyənin Ankara şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, nümayəndə heyətinə deputatlardan - Milli Məclisin QDİƏTPM-dəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, komitə sədri Musa Quliyev, Kamran Bayramov, Jalə Əhmədova, Ramin Məmmədov, Elşad Mirbəşir oğlu və digər şəxslər daxildir.

İclaslarda “QDİƏTPM-in 30-cu ildönümü: ümumi coğrafiya, ümumi baxış və gələcək”, “Qlobal dəyişikliklərin dinamikasında parlament diplomatiyasının rolu: inkişaf, sülh və sabitlik” və gündəliyinə daxil olan digər məsələlər müzakirə olunacaq, müvafiq qərarlar qəbul ediləcək.

Parlament nümayəndə heyətinin səfəri mayın 5-də başa çatacaq.