logo

AZAL Bəhreynə müntəzəm aviareyslərə başlayacaq

20:40 17-03-2023 | icon 1743
AZAL Bəhreynə müntəzəm aviareyslərə başlayacaq

İyun ayından etibarən Azərbaycanın Milli aviadaşıyıcısı (AZAL) Bəhreynə müntəzəm reyslər həyata keçirəcək.

AZAL-dan YeniAvropa-ya bildirilib ki, aviaşirkətin bu marşrutu üzrə ilk reysi iyunun 1-də olacaq. İlkin olaraq, uçuşlar həftədə bir dəfə - cümə axşamı yerinə yetiriləcək. İyul ayından etibarən isə daha bir tezlik, bazar günləri əlavə ediləcək.

Bəhreyn ağ çimərlikləri, tarixi və bir çox turistik yerləri ilə tanınan Fars körfəzində yerləşən bir ada ölkəsidir.

Uçuş cədvəli ilə daha ətraflı aviaşirkətin rəsmi azal.az saytında tanış ola bilərsiniz. Biletləri, həmçinin AZAL mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.