logo

May ayında neftin büdcə qiyməti artırıla bilər-Baş nazir

17:47 17-03-2023 | icon 1820
May ayında neftin büdcə qiyməti artırıla bilər-Baş nazir

Bu ilin ilk iki ayının nəticələrinə əsasən, sənaye sahəsində 0,4 faiz artım olub. Konservativ olaraq ötən il neftin qiyməti 50 dollar götürülüb. Bu il də elədir. Gözləntilərimiz çox yüksəkdir. May ayında neftin büdcə qiyməti artırıla bilər.

YeniAvropa xəbər verir ki, bu barədə baş nazir Əli Əsədov parlamentin martın 17-də Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın təqdimatından sonra təkliflərə münasibət bildirərkən deyib.

İnflyasiya məsələsinə toxunan Baş nazir ərzaq qıtlığının ümumi bəla olduğunu qeyd edib və bu istiqamətdə dövlətimizin məqsədyönlü tədbirlər gördüyünü diqqətə çatdırıb.