logo

İrandan Azərbaycana 3,4 kq  narkotika keçirmək istədilər

12:55 17-03-2023 | icon 1001
İrandan Azərbaycana 3,4 kq  narkotika keçirmək istədilər

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində martın 17-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Hacırüstəmli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən YeniAvropa-ya bildirilib ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakinləri Həsənov Arzu Yusif oğlu və Osanlı Elçin Firuz oğlu şübhəli şəxs qismində saxlanılıblar.

Həmin şəxslərin üzərlərinə baxış zamanı ümumi çəkisi 3 kiloqram 400 qram narkotik vasitə aşkarlanaraq götürülüb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri dаvаm еtdirilir.