logo

Hökumət Milli Məclisdə hesabat verib

11:11 17-03-2023 | icon 1239
Hökumət Milli Məclisdə hesabat verib

2022-ci ildə dövlət büdcəsinin gəlirləri təxminən 31 milyard manat, xərcləri isə 32 milyard manat icra olunub.

YeniAvropa xəbər verir ki, bunu baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı səsləndirib.

Baş nazirin sözlərinə görə, hökumət hesabat ilində iqtisadi fəallığın təmin edilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, müdafiə və ordu quruculuğu, təhsil və səhiyyə sisteminin inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində mühüm tədbirlər görüb və Nazirlər Kabinetində il ərzində 462 qərar qəbul edilib və 820 sərəncam imzalanıb.