Allahşükür Paşazadə beynəlxalq konfransın iştirakçıları ilə görüşüb
Martın 16-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə baş tutan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə görüşüb.
YeniAvropa xəbər verir ki, görüşdə çıxış edən Allahşükür Paşazadə əvvəlcə Türkiyədə dağıdıcı zəlzələ nəticəsində çoxlu sayda insanın vəfatı ilə əlaqədar başsağlığı verib. Qeyd edib ki, İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunmuş Bakı Konfransı ölkəmizin ev sahibliyi etdiyi çoxsaylı qlobal əhəmiyyətli tədbirlər sırasında xüsusi yer tutur. “Həqiqətən, dünyanın bu gün üzləşdiyi problem və böhranlardan bəşər ailəsinin çıxış yollarını müzakirə edib müdrik təşəbbüslərlə çıxış etmək, müasir dövrdə təhlükəsizlik və sabitliyə təhdidlərdən biri olan islamofobiyanın qarşısının alınması işinə öz töhfəmizi vermək olduqca vacib, Uca Yaradanımıza xoş gedən əməldir”, - deyə şeyxülislam bildirib.
O vurğulayıb ki, Azərbaycanın belə nüfuzlu tədbirlərə ev sahibliyi etməsi dünyadakı problemlərin mənəvi cəhətdən dəyərləndirilməsi, onların həllinə yardımçı olmaq ənənəsinə sadiqliyimizin təzahürüdür.
QMİ sədri diqqətə çatdırıb ki, Azərbaycan xalqı və dövləti dünyaya bəşərin xilas modeli olaraq multikulturalizm, etnik, dini tolerantlıq modelini təqdim edir, İslam həmrəyliyi ideyalarını dünya miqyasında təşviq edir. Ölkəmizdə Uca Allahın buyurduqlarına uyğun yaşam tərzinin bu modelinin təməli Ümummilli Liderimiz Heydər Əliyevin müdrik zəkasının məhsulu olan Azərbaycançılıq məfkurəsi ilə qoyulub və bu gün Prezident İlham Əliyevin qlobal səyləri sayəsində inkişaf edir, dünyaya təqdim olunur.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış edərək bildirib ki, Azərbaycanda dəfələrlə humanitar məsələlərlə bağlı konfranslar keçirilib. Qeyd edib ki, ölkəmizdə belə bir konfransın keçirilməsi vacib idi. Elm adamları, din xadimləri və digər insanlar ayrı-seçkiliyə qarşı birgə mübarizə aparmalıdır.
Sonra çıxış edənlər - Milli Məclis sədrinin müavini Fəzail İbrahimli və Türk İslam Birliyinin rəhbəri Sərdar Çələbi ölkəmizin multikultural dəyərlərə sahib olduğunu qeyd ediblər. Bildirilib ki, Avropada islamofobiyanın qarşısının alına bilməməsi ciddi problem yaradır. Buna görə də problemin həlli üçün ciddi şəkildə müzakirələr aparılmalıdır. Bunun üçün birgə olub müzakirə aparmaq vacibdir.
Görüş qonaqların şərəfinə təşkil olunmuş ziyafətlə davam edib.
Üstündə “Kalaşnikov” gəzdirən Ağcabədi sakini həbs edilib
Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib
Bu gün “EURO-2024”ün seçmə mərhələsinə start veriləcək
Yardımlıdan Bakıya 4 kq narkotika gətirərkən yaxalandı
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 102-ci günü
Paytaxt sakini 1 kq heroinlə saxlanıldı
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Azərbaycan nefti artıq Slavakiyada da emal olunur
Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
Azərbaycan nefti 74,75 dollara satılır
Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb
Sabunçuda avtomobildən 10 min manat pul oğurlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan Avropa Şurasının daha bir konvensiyasını imzalayıb
Ağır atletlərimiz dünya çempionatına yollanır
13 cüdoçumuz Tbilisi “Böyük dəbilqə”sində iştirak edəcək
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 100-cü günü
21 mart Beynəlxalq Novruz Günüdür
Azərbaycana bahar gəldi
Arvadını öldürdü, sonra da könüllü təslim oldu
Azərbaycan QHT-lərinin BMT tədbirlərində iştirakı müzakirə edilib
Şuşaya ilk turist səfəri təşkil olunub
İlham Əliyev Tərtərin Talış kəndində Novruz tonqalını yandırıb və xalqa müraciət edib
Sabah Bakıda şimal küləyi əsəcək, 18° isti olacaq
Bakıdan Qəbələyə ilk sürətli sərnişin qatarı yola düşüb