Ərdoğan TDT-nin Ankara Zirvə görüşünün yekunlarına dair brifinq keçirib
Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünü uğurla başa çatdırdıq. Ölkəmizdə yaşanan zəlzələ və sel fəlakəti ilə əlaqədar təşkilatımızın üzvləri və müşahidəçi üzvlərlə birlikdə həmrəylik məqsədilə toplandıq. Zirvə görüşündə iştirak edən hörmətli qardaşlarımın hər birinə bir daha təşəkkürümü bildirirəm.
YeniAvropa xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Fövqəladə Zirvə görüşünün yekunlarına dair yerli və xarici jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
“Yaşadığımız fəlakət zamanı Türk dünyası olaraq nümayiş etdirdiyimiz həmrəyliyi, birlik və bərabərliyi heç vaxt unutmayacağıq”, - deyə Türkiyə prezidenti bildirib.
Sammit çərçivəsində digər toplantıların da keçirildiyini vurğulayan Rəcəb Tayyib Ərdoğan keçən il Səmərqənd Zirvə görüşündə Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qoşulan Şimali Kipr Türk Respublikasının ilk dəfə bu tədbirdə iştirakından məmnunluğunu ifadə edib.
“Türk Dövlətləri Təşkilatı ölkələri fevralın 6-da yaşadığımız fəlakətdən sonra yardım çağırışımıza ən tez cavab verən və ən tez hərəkətə keçən, kədərimizi bölüşən dostlarımızdan oldular. Təşkilatın üzvləri axtarış-xilasetmə işlərindən tutmuş səhiyyə xidmətlərinə və humanitar yardıma qədər geniş sahədə fəaliyyət göstərmək üçün heyətlərini dərhal Türkiyəyə göndərdilər. Qardaşlarımız istər maliyyə, istərsə də maddi yardımlar edərək, millətimizin ehtiyacını ödəmək üçün can-dildən fəaliyyət göstərdilər. Bölgədə qurduqları səhra hospitalları ilə yaralarımızın sağalmasına dəstək verdilər. Göndərdikləri çadırlarla insanlarımıza kömək etdilər. Çətin günlərimizdə bizimlə olan təşkilatımızın dost və qardaş xalqlarına səmimi-qəlbdən təşəkkür edirəm”, - deyə prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Dövlət başçısı bildirib ki, Türk İnvestisiya Fondunun yaradılmasına dair razılaşma Zirvə görüşünün konkret nailiyyətlərindən biridir. Əminik ki, fond qardaş ölkələrimizin iqtisadi birliyinin möhkəmlənməsinə töhfə verəcək.
Rəcəb Tayyib Ərdoğan Sammitdə üzv ölkələrin aidiyyəti qurumları arasında əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılmasının və növbəti Zirvə görüşünə qədər Türk Dövlətləri Təşkilatı mülki müdafiə mexanizminin yaradılmasının qərara alındığını diqqətə çatdırıb.
Mövcud və gələcəkdə yaşana biləcək çətinliklərin dəf edilməsi üçün üzv ölkələrin həmrəyliyinin gücləndirilməsinin önəmini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan bildirib: “Bunun üçün Türk Dövlətləri Təşkilatının imkanlarını artırmalıyıq. Tarixi, mədəni və humanitar dəyərlərə söykənməyən qurumların yerində saydığı bir dövrdə Türk Dövlətləri Təşkilatı yeni güc mərkəzinə çevrilməkdədir”.
Türkiyə prezidenti Ankara Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Azərbaycana, Türk Dövlətləri Təşkilatının hazırkı sədri Özbəkistana, həmçinin bütün iştirakçı dövlətlərə və nümayəndə heyətlərinə bir daha təşəkkür edib.
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
Misir prezidenti İlham Əliyevə zəng edib
İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 103-cü günü
Üstündə “Kalaşnikov” gəzdirən Ağcabədi sakini həbs edilib
Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib
Bu gün “EURO-2024”ün seçmə mərhələsinə start veriləcək
Yardımlıdan Bakıya 4 kq narkotika gətirərkən yaxalandı
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 102-ci günü
Paytaxt sakini 1 kq heroinlə saxlanıldı
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Azərbaycan nefti artıq Slavakiyada da emal olunur
Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
Azərbaycan nefti 74,75 dollara satılır
Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb
Sabunçuda avtomobildən 10 min manat pul oğurlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan Avropa Şurasının daha bir konvensiyasını imzalayıb
Ağır atletlərimiz dünya çempionatına yollanır
13 cüdoçumuz Tbilisi “Böyük dəbilqə”sində iştirak edəcək
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 100-cü günü
21 mart Beynəlxalq Novruz Günüdür
Azərbaycana bahar gəldi
Arvadını öldürdü, sonra da könüllü təslim oldu
Azərbaycan QHT-lərinin BMT tədbirlərində iştirakı müzakirə edilib