logo

Sergey Lavrov Moskvada Ararat Mirzoyanla Laçın yolunu müzakirə edəcək

18:12 16-03-2023 | icon 994
Sergey Lavrov Moskvada Ararat Mirzoyanla Laçın yolunu müzakirə edəcək

Rusiya və Ermənistan xarici işlər nazirləri Moskvada Laçın yolu ətrafında vəziyyəti müzakirə edəcəklər.

YeniAvropa xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

O deyib ki, martın 20-də Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvaya səfəri çərçivəsində Rusiya XİN başçısı Sergey Lavrovla görüşəcək.

Tərəflər MDB, Avrasiya İqtisadi Şurası və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlıq, eləcə də regional problemləri, o cümlədən Laçın yolu ətrafında vəziyyət və Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları üçtərəfli razılaşmaların reallaşdırılması məsələlərini müzakirə edəcəklər.