logo

TDT dövlət başçıları Ankara bəyannaməsini imzalayıblar

16:36 16-03-2023 | icon 1176
TDT dövlət başçıları Ankara bəyannaməsini imzalayıblar

Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Ankara Bəyannaməsi imzalanıb.

YeniAvropa xəbər verir ki, sənədi türk dövlətlərinin liderləri imzalayıblar.

Qeyd edək ki, bu gün Ankarada Türk Dövlətləri Təşkilatının Zirvə Görüşü keçirilib. Zirvə Görüşündə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Kasım Jomart Tokayev, Qırğızıstan prezidenti Sadir Japarov, Özbəkistan prezidenti Şavkat Mirziyoyev, müşahidəçi ölkələrin nümayəndələri Şimali Kıprız Türk Respublikasının prezidenti Ersin Tatar, Macarıstanın baş naziri Viktor Orban və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iştirak ediblər.