logo

İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub

16:16 16-03-2023 | icon 1064
İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub

Martın 16-da Naxçıvan seysmoloji stansiyasından 131 kilometr cənub-qərbdə - İran ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən YeniAvropa-ya bildirilib ki, yerli vaxtla saat 15:47-də qeydə alınan zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Maqnitudası 5.6-ya bərabər olan zəlzələ Naxçıvan Muxtar Respublikasında 3-5 bala qədər hiss olunub.