2026-cı ilədək azad olunan ərazilərdə 140 min əhalinin köçürülməsi planlaşdırılır
Otuz il davam edən işğal zamanı 300-dən çox şəhər və kəndimiz, mədəniyyət və dini obyektlərimiz tamamilə dağıdılıb. Bundan başqa, münaqişəyə məruz qalmış ərazilərin minalarla böyük dərəcədə çirklənməsi, dəqiq mina xəritələrinin olmaması şəhərsalma, reabilitasiya və yenidənqurma işlərinin səmərəli aparılmasına, yüz minlərlə məcburi köçkünün öz doğma yurdlarına qayıtmasına əsas maneə olaraq qalır.
YeniAvropa xəbər verir ki, bunu Ağdamda Azərbaycan Respublikası Hökuməti və ölkədə fəaliyyət göstərən BMT sistemi arasında keçirilən İllik yüksək səviyyəli strateji məsləhətləşmələrdə Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.
Onun sözlərinə görə, Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində ilkin mərhələdə bərpa olunacaq 100 yaşayış məntəqəsindən 7 şəhər və 36 qəsəbə-kəndin, ümumilikdə, 43 yaşayış məntəqəsinin ərazi planlaşdırma sənədlərinin hazırlanması işləri başa çatmaq üzrədir.
“İlk mərhələdə layihələndirilən bütün qəsəbə və kəndlərin şəhərsalma konsepsiyası məqbul hesab edilib, həmçinin Ağdam rayonunun Xıdırlı, Kəngərli və Sarıcalı, Qubadlı rayonunun Mahruzlu və Zilanlı, Cəbrayıl rayonunun Horovlu və Şükürbəyli, Zəngilanın Məmmədbəyli, Şuşanın Daşaltı kəndlərinin şəhərsalma əsaslandırması təsdiqlənib. Həmin kəndlərin bir çoxunun tikinti layihələrinin işlənilməsinə başlanılıb. Dövlət Proqramına əsasən, əhalinin dayanıqlı şəkildə geri qayıdışının və ərazilərə inteqrasiyasının təmin edilməsi istiqamətində 2022-2026-cı illərdə 34 min 500 evin tikilməsi və 140 minə yaxın əhalinin köçürülməsi planlaşdırılır. Bu illər ərzində Ağdam rayonu üzrə 9690 evin və mənzilin tikilərək istismara buraxılması, bu evlərə 42361 vətəndaşın köçürülməsi planlaşdırılır”, - deyə o əlavə edib.
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
Misir prezidenti İlham Əliyevə zəng edib
İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 103-cü günü
Üstündə “Kalaşnikov” gəzdirən Ağcabədi sakini həbs edilib
Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib
Bu gün “EURO-2024”ün seçmə mərhələsinə start veriləcək
Yardımlıdan Bakıya 4 kq narkotika gətirərkən yaxalandı
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 102-ci günü
Paytaxt sakini 1 kq heroinlə saxlanıldı
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Azərbaycan nefti artıq Slavakiyada da emal olunur
Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
Azərbaycan nefti 74,75 dollara satılır
Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb
Sabunçuda avtomobildən 10 min manat pul oğurlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan Avropa Şurasının daha bir konvensiyasını imzalayıb
Ağır atletlərimiz dünya çempionatına yollanır
13 cüdoçumuz Tbilisi “Böyük dəbilqə”sində iştirak edəcək
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 100-cü günü
21 mart Beynəlxalq Novruz Günüdür
Azərbaycana bahar gəldi
Arvadını öldürdü, sonra da könüllü təslim oldu
Azərbaycan QHT-lərinin BMT tədbirlərində iştirakı müzakirə edilib