BMT-nin nümayəndələri Füzulidə erməni barbarlığı ilə tanış olublar
Birləşmiş Millətlər Təşkilatının nümayəndələri işğaldan azad olunmuş Füzuli rayonunda səfərdədirlər.
YeniAvropa xəbər verir ki,əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gələn qonaqlara Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Araz İmanov azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri, bərpa-quruculuq işləri, Füzuli şəhərinin inkişaf planı barədə məlumat verib.
Qonaqlara Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının fəaliyyəti və burada görülən bütün işlərin beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirildiyi barədə də məlumat verilib.
Nümayəndə heyəti, eyn zamanda, Füzuli şəhərində işğal dövründə erməni vəhşiliyi barədə məlumatlandırılıb. Bildirilib ki, şəhər tamamilə viran edilib, yaşayış binaları ilə yanaşı, tarixi-mədəni abidələr də dağıntılara məruz qalıb. Şəhərin təbiəti, ağaclar və yaşıllıqlar, su mənbələri, kəhriz və bulaqlar da məhv edilib. Qonaqlar, 30 illik işğal dövründə ermənilərin ölkəmizə qarşı törətdikləri cinayətlərin şahidi olublar. Qeyd edilib ki, erməni vandalları işğal etdikləri şəhər və kəndləri talayıb, yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib. İşğal zamanı ermənilər məscidlərdən mal-qara tövləsi kimi istifadə etməklə, azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər. Həmçinin qəbiristanlıqlar erməni vandalizminə məruz qalıb - məzarlar dağıdılıb, məzar daşları uçurulub.
Bundan başqa, BMT-nin nümayəndələrinə Ermənistan tərəfindən ərazilərin minalarla çirkləndirilməsi və hazırda bu istiqamətdə aparılan təmizləmə işləri barədə məlumat verilib.
Qonaqlar sonra azad olunan ərazilərdə aparılan tikinti-quruculuq işləri ilə tanış olub, Füzuli şəhərinin bərpası istiqamətində görülən işlər barədə məlumatlandırılıb.
Füzuli səfərindən sonra qonaqlar Ağdama yollanıblar.
“İraero” şirkəti də Ufa-Bakı aviareysinə başlayır
Cüdoçularımız Tbilisi "Böyük dəbilqə"sində 2 medal qazanıblar
Sabah Bakıda 21° isti olacaq
Azərbaycan və Türkiyə XİN başçıları regional vəziyyəti müzakirə ediblər
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Bu gün Bakıda “Qarabağ”la “Qalatasaray” arasında xeyriyyə matçı keçiriləcək
Bərdədə pulemyot satan şəxs həbs olunub
Türkmənistanda parlament seçkiləri keçirilir
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 105-ci günü
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
Misir prezidenti İlham Əliyevə zəng edib
İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 103-cü günü
Üstündə “Kalaşnikov” gəzdirən Ağcabədi sakini həbs edilib
Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib
Bu gün “EURO-2024”ün seçmə mərhələsinə start veriləcək
Yardımlıdan Bakıya 4 kq narkotika gətirərkən yaxalandı
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 102-ci günü
Paytaxt sakini 1 kq heroinlə saxlanıldı
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Azərbaycan nefti artıq Slavakiyada da emal olunur
Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
Azərbaycan nefti 74,75 dollara satılır
Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb
Sabunçuda avtomobildən 10 min manat pul oğurlanıb