logo

Region ölkələrinin gömrük xidmətləri rəhbərləri Bakıda  görüşürlər

11:11 15-03-2023 | icon 1526
Region ölkələrinin gömrük xidmətləri rəhbərləri Bakıda  görüşürlər

Martın 15-də Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi ilə bağlı region ölkələrinin gömrük xidmətləri rəhbərlərinin görüşü keçirilir.

YeniAvropa xəbər verir ki, görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Gürcüstan gömrük xidmətlərinin rəhbərləri və təmsilçiləri, Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kunio Mikuriya, Türk Dövlətləri Təşkilatının baş katibinin müavini Mirvoxid Azimov, BMT-nin Avropa üçün İqtisadi Komissiyasının, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (IRU) və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər.