logo

“Qarabağ”-“Qalatasaray” matçının başlama vaxtı bəlli olub

13:33 14-03-2023 | icon 1246
“Qarabağ”-“Qalatasaray” matçının başlama vaxtı bəlli olub

Martın 26-da Ağdamın “Qarabağ” və Türkiyənin “Qalatasaray” futbol komandaları arasında keçiriləcək xeyriyyə xarakterli yoldaşlıq oyununun başlama vaxtı açıqlanıb.

YeniAvropa xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılacaq matç saat 20:00-da başlayacaq.

Qeyd edək ki, oyundan əldə olunacaq bütün gəlir qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.