logo

Azərbaycanla Yaponiya arasında ikiqat vergitutma ləğv olunur

11:33 14-03-2023 | icon 1309
Azərbaycanla Yaponiya arasında ikiqat vergitutma ləğv olunur

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçiriləcək onlayn iclasında Azərbaycanla Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılmasına dair qanun layihəsinə baxılacaq. 

YeniAvropa xəbər verir ki, iclasda “Azərbaycan Respublikası ilə Yaponiya arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə qanun layihəsinə təklif olunan dəyişiklik layihəsi müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, ötən il iki ölkə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya imzalanıb. Sənədi Azərbaycan tərəfdən iqtisadiyyat naziri Mikayıl Cabbarov, Yaponiya tərəfdən isə səfir Vada Cüniçi imzalayıblar.