logo

Küləkli hava şəraiti sabah axşamadək davam edəcək

11:04 14-03-2023 | icon 1078
Küləkli hava şəraiti sabah axşamadək davam edəcək

“Azərbaycan ərazisində hazırda müşahidə olunan küləkli hava şəraiti martın 15-i gecə saatlarında mülayimləşəcək”.

YeniAvropa xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

Bildirib ki, martın 15-i gün ərzində paytaxt Bakı və bölgələrdə hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək: “Mülayim cənub küləyi əsəcək”.

G.Məmmədova qeyd edib ki, ilkin məlumata görə yaxın iki gün ərzində hava şəraitində ciddi dəyişiklik gözlənilmir.