Ərdoğan Ankarada YAP-ın nümayəndə heyətini qəbul edib
Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan Yeni Azərbaycan Partiyası(YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyətini partiyasının mərkəzi qərargahında qəbul edib.
YAP-ın mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Rəcəb Tayyib Ərdoğan iki qardaş ölkə arasında münasibətlərin nümunəvi xarakter daşıdığını və uğurla inkişaf etdiyini söyləyib.
O, Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Türkiyəyə səfərinin mühüm mənəvi və siyasi əhəmiyyətə malik olduğunu, dostluq və qardaşlıq örnəyi kimi minnətdarlıq doğurduğunu bildirib.
Rəcəb Tayyib Ərdoğan baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində göstərdiyi qardaş dəstəyinə görə Azərbaycan dövlətinə və Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib.
Səmimi qəbula görə minnətdarlığını bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tarixi köklərə və ortaq dəyərlərə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin hər iki ölkənin liderlərinin məqsədyönlü siyasəti nəticəsində strateji müttəfiqlik zirvəsinə yüksəldiyini söyləyib.
Azərbaycan ilə Türkiyənin hər zaman bir-birinin yanında olduğunu vurğulayan YAP Sədrinin müavini qardaş ölkənin zəlzələnin yaratdığı ağır fəsadları tezliklə aradan qaldıracağına əminliyini ifadə edib. İki ölkənin hakim partiyaları arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini diqqətə çatdıran YAP Sədrinin müavini qarşıdan gələn seçkilərdə Rəcəb Tayyib Ərdoğana rəhbərlik etdiyi nümayəndə heyəti adından uğurlar arzulayıb.
Qeyd edək ki, YAP nümayəndə heyətində Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə dostluq qrupunun üzvü Ramil Həsən, YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov və Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Taleh Həsənzadə daxildir.
“İraero” şirkəti də Ufa-Bakı aviareysinə başlayır
Cüdoçularımız Tbilisi "Böyük dəbilqə"sində 2 medal qazanıblar
Sabah Bakıda 21° isti olacaq
Azərbaycan və Türkiyə XİN başçıları regional vəziyyəti müzakirə ediblər
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Bu gün Bakıda “Qarabağ”la “Qalatasaray” arasında xeyriyyə matçı keçiriləcək
Bərdədə pulemyot satan şəxs həbs olunub
Türkmənistanda parlament seçkiləri keçirilir
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 105-ci günü
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
Misir prezidenti İlham Əliyevə zəng edib
İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 103-cü günü
Üstündə “Kalaşnikov” gəzdirən Ağcabədi sakini həbs edilib
Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib
Bu gün “EURO-2024”ün seçmə mərhələsinə start veriləcək
Yardımlıdan Bakıya 4 kq narkotika gətirərkən yaxalandı
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 102-ci günü
Paytaxt sakini 1 kq heroinlə saxlanıldı
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Azərbaycan nefti artıq Slavakiyada da emal olunur
Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
Azərbaycan nefti 74,75 dollara satılır
Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb
Sabunçuda avtomobildən 10 min manat pul oğurlanıb