logo

Bakıda Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə görüş keçiriləcək

11:33 13-03-2023 | icon 1043
Bakıda Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə görüş keçiriləcək

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir.

 YeniAvropa xəbər verir ki, bu barədə Prezidentin Administrasiyası məlumat yayıb.

 Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.