İlham Əliyev Roma Papası Fransiski təbrik edib
Prezident İlham Əliyev Roma Papası Fransiskə Tacqoyma Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Məktubda deyilir: “ Zati-müqəddəsləri,
Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Biz sivilizasiyalararası və dinlərarası dialoqun, multikulturalizm dəyərlərinin qorunub saxlanması və daim inkişaf etdirilməsi yolunda uzun illərdən bəri davam edən fəal və səmərəli əməkdaşlığımıza xüsusi əhəmiyyət veririk. Ölkəmizin Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsi münasibətlərimizin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin göstəricisi və Azərbaycan-Müqəddəs Taxt-Tac əlaqələrinin inkişafına verdiyimiz önəmin bariz təzahürüdür.
Multikulturalizm və tolerantlıq xalqımızın həyat və yaşam tərzini özündə əks etdirən mühüm dəyərlər olmaqla yanaşı Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindəndir. Əsrlər boyu müxtəlif din və etiqadlara mənsub insanların mehribanlıq və qarşılıqlı hörmət şəraitində yaşadığı ölkəmizdə məscidlərin, sinaqoqların və kilsələrin yanaşı fəaliyyət göstərməsi bizim böyük tarixi nailiyyətimizdir. Azərbaycandakı katolik dini icmasının daim böyük diqqət və qayğı ilə əhatə olunması bunun əyani göstəricisidir.
Ölkəmizin Vatikanın tarixi yerlərinin bərpasında iştirakından məmnunluq duyur və bunun dünya mədəni irsinin, zəngin incəsənət xəzinəsinin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə, eləcə də mədəniyyətlərarası dialoqa töhfə verəcəyinə inamımı ifadə edirəm.
Zati-müqəddəsləri, mən Sizin Azərbaycan və Müqəddəs Taxt-Tac arasında əlaqələrin inkişaf etdirilməsində və möhkəmləndirilməsində, səmimi dialoqumuzun genişləndirilməsində xidmətlərinizi xüsusi qeyd etmək istərdim. Azərbaycandakı multikultural mühit və tolerantlıq ənənələrinə daim verdiyiniz yüksək qiymətə görə Sizə təşəkkür edirəm.
İnanıram ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında ümumbəşəri dəyərlərin təşviqi, insanlar arasında qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olması istiqamətində əməkdaşlıq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, xeyirxah və müqəddəs missiyanızda uğurlar diləyirəm".
“İraero” şirkəti də Ufa-Bakı aviareysinə başlayır
Cüdoçularımız Tbilisi "Böyük dəbilqə"sində 2 medal qazanıblar
Sabah Bakıda 21° isti olacaq
Azərbaycan və Türkiyə XİN başçıları regional vəziyyəti müzakirə ediblər
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib
Bu gün Bakıda “Qarabağ”la “Qalatasaray” arasında xeyriyyə matçı keçiriləcək
Bərdədə pulemyot satan şəxs həbs olunub
Türkmənistanda parlament seçkiləri keçirilir
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 105-ci günü
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
Misir prezidenti İlham Əliyevə zəng edib
İranda baş verən zəlzələ Naxçıvanda da hiss olunub
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 103-cü günü
Üstündə “Kalaşnikov” gəzdirən Ağcabədi sakini həbs edilib
Mehriban Əliyeva Ramazan ayı münasibətilə paylaşım edib
Bu gün “EURO-2024”ün seçmə mərhələsinə start veriləcək
Yardımlıdan Bakıya 4 kq narkotika gətirərkən yaxalandı
Laçın-Xankəndi yolunda etiraz aksiyasının 102-ci günü
Paytaxt sakini 1 kq heroinlə saxlanıldı
Partiyaların MSK-ya hesabat vermə müddəti başa çatır
Azərbaycan nefti artıq Slavakiyada da emal olunur
Millimiz Avropa çempionatına 21 karateçi ilə yollanıb
Azərbaycan nefti 74,75 dollara satılır
Paytaxtda tapança ilə gəzən şəxs polis tərəfindən saxlanılıb
Sabunçuda avtomobildən 10 min manat pul oğurlanıb