logo

Taekvondoçularımız Niderlandda 2 qızıl və 1 gümüş medal qazanıb

12:12 12-03-2023 | icon 1071
Taekvondoçularımız Niderlandda 2 qızıl və 1 gümüş medal qazanıb

Eyndhovendə açıq Niderland çempionatına start verilib. Yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb.

Azərbaycan Taekvondo Federasiyasından YeniAvropa-ya bildirilib ki, komandamızın heyətində Rahid Vəliyev (54 kq) və Qaşım Maqomedov (58 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.

Yığmamızın digər taekvondoçusu Yaşar Məmmədli (68 kq) isə çempionatın gümüş medalına yiyələnib.

Yarışa bu gün yekun vurulacaq.