logo

Hərbi Prokurorluq hərbi hissədəki əsgər ölümünü araşdırır

20:30 10-03-2023 | icon 3486
Hərbi Prokurorluq hərbi hissədəki əsgər ölümünü araşdırır

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məhərrəmov Elnur Ələsgər oğlunun odlu silahdan açılmış atəş nəticəsində yaralanması, təxliyə edilərkən yolda ölməsi barədə Gəncə Hərbi Prokurorluğuna məlumat daxil olub.

Hərbi Prokurorluğun Mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, fakt üzrə Gəncə Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və hazırda təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

İstintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək.