logo

Milli Məclisin deputatları Avropa Parlamentində görüşlər keçirəcəklər

17:13 10-03-2023 | icon 1267
Milli Məclisin deputatları Avropa Parlamentində görüşlər keçirəcəklər

Milli Məclisin deputatları, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri Tural Gəncəliyev və nümayəndə heyətinin üzvü Nurlan Həsənov martın 13-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, Milli Məclisin deputatları Avropa Parlamentində bir sıra görüşlər keçirəcəklər. Görüşlərdə parlamentlərarası əməkdaşlığın inkişafı və digər aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.

Səfər martın 16-da başa çatacaq.